5 dekabr 2025. Cümə

"Bunu bacaracağımıza şübhə də etmirdim"


"Bunu bacaracağımıza şübhə də etmirdim"

“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim".

Corner.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç AVRO-2021-in seçmə mərhələsində Slovakiyanı məğlub etdikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis futbolçuların özlərinə inandıqlarını vurğulayıb: "Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi.

Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqqında tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu