21 mart 2026. Şənbə

Adrian Gula: "Azərbaycan yığması intizamlı oynadı"


Adrian Gula: "Azərbaycan yığması intizamlı oynadı"

“Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı".

Corner.az-ın məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Adrian Gula Azərbaycan yığmasına uduzduqları (1:2) AVRO-2021-in seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis öz futbolçularının matça köklənə bilmədiyini bildirib: "Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.(report)







Milli komanda