- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.
Corner.az-ın qol.az-a istinadən məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.
Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıblar.
Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
3-cü tur
Azərbaycan - Lixtenşteyn - 3:0
Qollar: M. Mahmudov, 14 (1:0), K. Quliyev, 64 (2:0), 69 (3:0)
Hakimlər: Erik Lambrexts, Karel De Rokker (hər ikisi Belçika), Giorgi Elikaşvili,
Aleko Aptsiauri (hər ikisi Gürcüstan)
İsrail - Gürcüstan - 1:1
Qollar: Z. Davitaşvili, 17 (0:1), E. Karzev, 42-penalti (1:1)