14 dekabr 2025. Bazar günü

Çimərlik futbolu üzrə Azərbaycan millisi yarımfinala yüksəldi


Çimərlik futbolu üzrə Azərbaycan millisi yarımfinala yüksəldi

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Sahib Məmmədovun rəhbərlik etdiyi komanda bu dəfə Litva ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Milli komandanın yeganə qolunu Kamran Qürbətov vurub.

Nəticəyə baxmayaraq, Azərbaycan millisi qrup mərhələsində topladığı xallar sayəsində yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız turnirdəki ilk görüşündə Belçika üzərində 5:4 hesablı əzmkar qələbə qazanmışdı.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu