20 mart 2026. Cümə

Yurçeviçin heç-heçəylə bağlı şərhi


Yurçeviçin heç-heçəylə bağlı şərhi

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesabı ilə heç-heçə etdikləri oyunu şərh edib.

Corner.az-ın məlumatına görə, o, matçdan dərhal sonra "CBC Sport"a açıqlamasında futbolçularından razı qaldığını deyib:

 
"Öncə onu deyim ki, Xorvatiya ilə oynamaq çətindir. Özüm xorvatiyalı olsam da, 100 faiz ürəyim Azərbaycanla idi. Son iki oyunda yaxşı oynamışdıq və bu gün bunu xalla mükafatlandırdıq. Bunlar hamısı azarkeşlər üçündür. Futbolçuları, texniki heyəti və azarkeşləri təbrik edirəm. Bu günün ən yaxşısı komanda idi".







Milli komanda