21 mart 2026. Şənbə

Üç futbolçumuz cəzalı duruma düşdü


Üç futbolçumuz cəzalı duruma düşdü

Millimizin üç futbolçusu -  Anton Krivotsyuk, Dmitri Nazarov və kapitan Maksim Medvedev Avro-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüblər.

Corner.az-ın məlumatına görə, onlar 6-cı turda Xorvatiya ilə görüşdə sarı vərəqə alaraq limitlərini doldurublar. Müvafiq olaraq 62-ci və 67-ci və 90+3-cü dəqiqələrdə vərəqə görən millimizin futbolçuları Macarıstanla səfər görüşündə iştirak etməyəcəklər.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.







Milli komanda