6 dekabr 2025. Şənbə

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olunub


Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Bu gün AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

90deqiqe.Az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyundakı (1:1) çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasov milli komandada baş məşqçi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşu əvəzləyib.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu