- Milli komanda
- 15:22 16.03.2026
Gəncədə keçirilən III MDB Oyunlarında Azərbaycan 16 yaşadək futbolçulardan ibarət millisi finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma A qrupunda Qırğızıstanla üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Millimizin qollarına Tunar Bayramov (53-cü dəq.), Əli Bəşirov (70 və 75-ci dəq.) və Roman Fərzəli (79-cu dəq.) imza atıb.
Bu nəticədən sonra xallarını 6-ya yüksəldən Azərbaycan komandası adını finala yazdırıb. Həlledici görüşdə yığmamız Rusiya – Özbəkistan cütünün qalibi ilə qarşılaşacaq.