5 dekabr 2025. Cümə

Bütün ölkəni sevindirdik - Dmitri Nazarov


Bütün ölkəni sevindirdik - Dmitri Nazarov

"Xorvatiya ilə matçda biz  böyük mübarizə apardıq və bütün ölkəni sevindirdik. Bu pozitiv hissi özümlə "Erzgebirge"yə gətirdim. Özümü yaxşı hiss edirəm. Uels və Xorvatiyaya qarşı matçlarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı qazandım".

Corner.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci Bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin üzvü Dmitri Nazarov  "Tag 24"ə açıqlamasında deyib.

O,  2-ci Bundesliqada bazar günü "Osnabrük"ə qarşı keçirəcəkləri ev matçında oynamaq istədiyini bildirib: "Özümü burada rahat hiss edirəm, mənə istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı oynamışam. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır".

Qeyd edək ki, D. Nazarov Avro-2020-nin seçmə mərhələsində Uelsə səfər görüşündə (1:2) 86 dəqiqə meydanda olub. Xorvatiya ilə matçda (1:1) isə o, 90-cı dəqiqədə  Rəşad Eyubovla əvəzlənib.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu