5 dekabr 2025. Cümə

“Ukraynaya qarşı oyunda çəkinmədən mübarizə aparacağıq”


“Ukraynaya qarşı oyunda çəkinmədən mübarizə aparacağıq”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah keçiriləcək Ukrayna ilə oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi bildirib ki, ardıcıl səfər oyunları komandaya çətinlik yaradır:

“Görüşlər arasında zaman azdır, futbolçular yorulur. Çalışacağıq ki, müəyyən dəyişikliklər edək. Bu matçda daha yaxşı olmalıyıq və xallar qazanmaq istəyirik. Rəqib də bu qarşılaşmaya final kimi baxır. Ukraynadan çəkinmirik. Gələcəyə nikbin baxmaq istəyiriksə, rahat və çəkinmədən mübarizə aparmalıyıq.”

A.Abbasov Ukrayna millisinin fərdi keyfiyyətləri yüksək olan futbolçularla oyunçulara malik olduğunu da qeyd edib:

“İslandiya ilə matçda bunları gördük. Hücum xəttində olan oyunçular yüksək səviyyədə mübarizə aparırlar və Avropa klublarında çıxış edirlər. Müdafiə xətti də eyni səviyyədədir. Bakıdakı oyunumuzdan bir qədər məlumatımız var.”

Baş məşqçi həmçinin bildirib ki, üç futbolçu “23-lük”dən kənarda qalacaq:

“İsmayıl İbrahimli və Ceyhun Nuriyev Fransa ilə matçda iştirak etməmişdi. İsmayıl Parisdə məşqdə zədələnmişdi, Ceyhunun xəstəliyi var. Renat Dadaşov isə tam hazır olmadığı üçün heyətdə yer almayacaq.”

Qeyd edək ki, Ukrayna-Azərbaycan matçı oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu