- Milli komanda
- 19:00 02.12.2025
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
90deqiqe.Az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan millisi bir pillə irəliləyərək 123-cü yerə yüksəlib. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 1142,25 xal toplayıb.
Reytinqin zirvəsində son Avropa çempionu İspaniya millisi qərarlaşıb – iberiyalılar 1880,76 xalla birinci pillədədir. İkinci yerdə son dünya çempionu Argentina (1872,43 xal), üçüncü pillədə isə Fransa (1862,71 xal) qərarlaşıb.
Beləliklə, Azərbaycan yığması son dövrdə göstərdiyi nəticələrlə reytinqdə mövqeyini bir qədər yaxşılaşdırmağı bacarıb.