- Milli komanda
- 19:00 02.12.2025
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya oyunu öncəsi millimizin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, yığmanın baş məşqçisi sabah gərgin və önəmli oyuna çıxacaqlarını bildirib.
“Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə çıxış edəcəyik. İslandiya üçün də çox vacib görüşdür, onlar da şanslarını davam etdirmək istəyəcəklər. Rəqibin oturuşmuş heyəti, Avropanın böyük futbol ölkələrində çıxış edən futbolçuları var. Yeni baş məşqçi gəldikdən sonra fərqli oyun tərzi nümayiş etdirirlər.
Buna baxmayaraq, futbolçularıma inanıram. Sabah əsas üstünlüyümüz azarkeşlərimiz olacaq. Onların bizi tək qoymayacağına və komandamıza motivasiya verəcəyinə inanıram”
Baş məşqçi komandanın hazırkı durumu və qarşıdakı məqsədləri barədə də danışıb:
“İslandiya son oyunda Fransadan xal alıb. İtkilərimiz olsa belə, bu, digər oyunçular üçün yeni şans deməkdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Gələcəyimiz baxımından bu qarşılaşmalar çox önəmlidir. Son matçlardakı əzmkarlığımızı davam etdirərək xal qazanmalıyıq”.