5 dekabr 2025. Cümə

Millimiz Bakıda Fransaya məğlub oldu


Millimiz Bakıda Fransaya məğlub oldu

Azərbaycan yığması dünya çempionatı–2026-nın seçmə mərhələsində son oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Ayxan Abbasovun komandası Bakıda Fransanı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Matçın 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açıb. Fransadan isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş və 45+1-ci dəqiqədə Kefren Türam fərqləniblər.

D qrupunun digər oyununda Ukrayna İslandiyanı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Fransa 16 xalla qrupun lideri kimi DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarını 10-a yüksəldən Ukrayna pley-offa adlayıb. 7 xalı olan İslandiya üçüncü, 1 xal toplayan Azərbaycan isə qrupda sonuncu yeri tutub.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu