5 dekabr 2025. Cümə

“Fransaya qol vurmaq özü çətindir”


“Fransaya qol vurmaq özü çətindir”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransa üzərində 1:3 hesablı məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis meydanda qələbə qazanmaq istəklərini göstərdiklərini bildirib.

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmamışdı. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər və bu oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmamışdı. Bəlkə də qələbə qazanmaq istəyimizi çox göstərirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmaq özü də çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi”, – deyə Abbasov bildirib.

Baş məşqçi həmçinin Şahruddin Məhəmmədəliyevin zədəsinin oyuna təsir etdiyini vurğulayıb: “O, üçüncü qol zamanı sonadək dayanmaq istəyirdi, lakin kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi, əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq, bu gün buna ehtiyac var. Seçmə mərhələ bitdi, irəliyə baxacağıq”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu