5 dekabr 2025. Cümə

Millimizin mövqeyi dəyişmədi


Millimizin mövqeyi dəyişmədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.

Corner.az xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.

211 millinin yer aldığı cədvəldə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin komandası AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə uduzub (1:2), Xorvatiya ilə isə bərabərə qalıb (1:1). İki ay əvvəl açıqlanan reytinqdə olduğu kimi, yenə 109-cu pillədə qərarlaşan millimiz aktivinə əlavə 3 xal yazdırıb.

Millimiz və “qonşuları”

109 (108). Farer adaları - 1191

109 (109). Azərbaycan – 1191

111 (111). Mərkəzi Afrika Respublikası – 1184

112 (116). Mozambik - 1181

113 (118). Koreya DR - 1176

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri yerlərini dəyişib. Xorvatiya və Macarıstan geriləyibsə, Uelslə Slovakiya irəliləyişə nail olub.

Millimizin rəqibləri

8 (7). Xorvatiya – 1625

23 (24). Uels - 1522

29 (31). Slovakiya - 1493

50 (45). Macarıstan - 1430

Ən güclü 10 komandasının siyahısında da müəyyən yerdəyişmələr olub. Belə ki, Belçika liderliyini qoruyubsa, Fransa yenidən ikinci pilləyə yüksəlib, Braziliya isə üçüncü pilləyə düşüb.

İlk “onluq”

1 (1). Belçika – 1752

2 (3). Fransa – 1725

3 (2). Braziliya – 1719

4 (4). İngiltərə - 1662

5 (6). Portuqaliya – 1643

6 (5). Uruqvay – 1639

7 (9). İspaniya – 1631

8 (7). Xorvatiya – 1625

9 (8). Kolumbiya - 1622

10 (10). Argentina – 1614

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 1475 xalla siyahıda 1 pillə irəliləyərək, 36-cı yerdə qərarlaşıb.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu