- Milli komanda
- 16:45 22.12.2025
FIFA milli komandalar üçün ilin son reytinq siyahısını açıqlayıb.
90deqiqe.Az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1132,97 xalla 127-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 1877,18 xalla son Avropa çempionu İspaniya millisi liderlik edir. İkinci yerdə son dünya çempionu Argentina (1873,33 xal) yer alıb. İlk “üçlüy”ü isə 1870 xalla Fransa millisi tamamlayıb.