- Milli komanda
- 16:52 13.01.2026
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş Türkiyənin Antalya şəhərində baş tutub.
R.Dadaşovun çıxış etdiyi Polşanın "Motor" klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.
Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.