26 iyun 2026. Cümə

Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək


Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət yığması fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

90deqiqe.Az  AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında keçirilməsi planlaşdırılır.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi