22 oktyabr 2024. Çərşənbə axşamı

UEFA AFFA-ya 50 min avro vəsait ayıracaq


UEFA AFFA-ya 50 min avro vəsait ayıracaq
UEFA-nın “Məktəblərdə futbol dərsi” layihəsi daha 4 il müddətinə uzadılıb.

Corner.az xəbər verir ki, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.
 
Qərara əsasən məktəblilər arasında futbolun kütləviləşdirilməsinə xidmət edən layihə 2020-24-cü illərdə də gerçəkləşəcək. Bu dəfə UEFA-nın bütün üzvləri buna qoşulacaq.
 
2017-ci ildə start verilən və yalnız 6 ölkədə - Azərbaycan, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya və Rusiyada pilot layihə kimi keçirilən “Məktəblərdə futbol” artıq bütün Avropanı əhatə edəcək.
 
UEFA bu layihə üçün 11 milyon avro ayırıb. Quruma üzv olan 55 assosiasiya, o cümlədən AFFA 4 il ərzində hər il 50 min avroya qədər vəsait alacaq. Bu yardım “het-trik” layihəsi ilə gerçəkləşəcək.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"