13 fevral 2026. Cümə

Azərbaycan yığması 1 milyon avrodan çox gəlir əldə edib


Azərbaycan yığması 1 milyon avrodan çox gəlir əldə edib

UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsaitin həcmini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat qurumun dərc etdiyi rəsmi maliyyə hesabatında yer alıb.

Hesabata əsasən, C Liqasında çıxış edən AFFA-nın balansında olan Azərbaycan milli komandası turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.

Qeyd edək ki, Millətlər Liqasında iştirak haqları komandaların çıxış etdiyi liqaya uyğun olaraq müəyyənləşdirilir və məbləğlər müvafiq assosiasiyaların hesabına köçürülür.







Milli komanda