2 mart 2026. Bazar ertəsi

Qadın millimizin oyununa Polşadan hakimlər briqadası


Qadın millimizin oyununa Polşadan hakimlər briqadası

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

“Dalğa Arena”da saat 15:00-da start götürəcək matçın baş hakimi Anna Adamska olacaq. Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.







Milli komanda