2 mart 2026. Bazar ertəsi

“Meydandan istədiyimiz nəticə ilə ayrılmaq istəyirik”


“Meydandan istədiyimiz nəticə ilə ayrılmaq istəyirik”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis qarşıdakı görüşün əhəmiyyətini vurğulayıb:

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.







Milli komanda