3 mart 2026. Çərşənbə axşamı

Azərbaycan millisi seçmələrə inamlı qələbə ilə başladı


Azərbaycan millisi seçmələrə inamlı qələbə ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə uğurlu start verib.

90deqiqe.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız ilk turda Şimali Makedoniya millisini qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qola Sevinc Cəfərzadə imza atıb və qələbənin əsas memarı olub.

Matçı Polşadan olan hakimlər briqadası idarə edib.







Milli komanda