- Milli komanda
- 15:22 16.03.2026
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rui Jorgenin köməkçiləri müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, məşqçilər korpusunda Alexandro Silva və Romeo Almeyda yer alacaqlar.
Rui Jorge bildirib ki, o, uzun müddətdir bu mütəxəssislərlə birlikdə çalışır və onların komandaya faydalı olacağına inanır.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatında iştirak edəcək.