26 mart 2026. Cümə axşamı

“Futbolçulara deyirəm ki, özünüzə inanın”


“Futbolçulara deyirəm ki, özünüzə inanın”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya U-21 milli futbol komandasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandanın fiziki və taktiki baxımdan oyuna hazır olduğunu bildirib:

“Bəzi oyunçularımız Əvəzedicilər liqasında, bəziləri I Liqada, bəziləri isə Premyer Liqada çıxış edirlər. Bu səbəbdən komandanı balanslaşdırmağa çalışdıq. Düşünürəm ki, fiziki baxımdan oyuna hazırıq. Taktiki baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Futbolçulara daim deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 15:00-da başlanacaq.







Milli komanda