- Milli komanda
- 18:57 26.03.2026
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək FIFA Series 2026 turnirində Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, Millətlər Liqasına qədər komandanın iki toplanışı olacaq və bu toplanışlardan maksimum istifadə etməyə çalışacaqlar:
“Millətlər Liqasına qədər ümumilikdə iki toplanışımız olacaq. Hazır olmaq üçün bu toplanışlardan maksimum istifadə etməyə çalışacağıq. Əsas məqsədimiz Millətlər Liqasında C Liqasına yüksəlməkdir. Buna hazır olmaq üçün qarşıdakı oyunlar vacibdir. Sevindirici haldır ki, milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Qarşıdakı iki matçda hər kəsə şans verməyə çalışacağıq. Futbolçuların bir-birilərinə uyğunlaşmaları çox vacibdir. Çünki çox vaxtımız olmayacaq. Rəqiblər bizim üçün yad komandalar olsa da, futbolçuları məlumatlandırmağa çalışdıq. İnanıram ki, hər iki oyunda maksimum nəticə qazanacağıq. Komanda bunun üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, Azərbaycan – Sent Lüsiya oyunu martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.