26 mart 2026. Cümə axşamı

“Milli səviyyəsində asan oyun olmur”


“Milli səviyyəsində asan oyun olmur”

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi Emin Mahmudov fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu 2026-cı ildə millinin ilk oyununa çıxacaqlarını bildirib:

“2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.

Qeyd edək ki, Azərbaycan – Sent Lüsiya oyunu martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.







Milli komanda