12 may 2026. Çərşənbə axşamı

"Ən böyük problemimiz standart vəziyyətlərdir"


"Ən böyük problemimiz standart vəziyyətlərdir"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Portuqaliya U-21 millisi ilə keçirilən oyundan (0:4) sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, komanda ilk hissədə tapşırıqları yerinə yetirə bilib:

“Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. Buna görə oyunçulara təşəkkür edirəm. İkinci hissədə təəssüf ki, bunu itirdik. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Rəqib intensivlik baxımından bizdən üstün idi”.

Qeyd edək ki, Azərbaycan U-21 millisi növbəti oyununu martın 31-də səfərdə Bolqarıstan U-21 millisinə qarşı keçirəcək.







Milli komanda