27 mart 2026. Cümə

Azərbaycan millisi rekordunu yenilədi - tarixinin ən böyükhesablı qələbəsi


Azərbaycan millisi rekordunu yenilədi   - tarixinin ən böyükhesablı qələbəsi

 Futbol üzrə Azərbaycan milli futbol komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya milli futbol komandası ilə keçirilən oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək əvvəlki rekordunu yeniləyib.

Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn milli futbol komandası üzərində 4:0, DÇ-2018-in seçmə mərhələsində isə San Marino milli futbol komandası üzərində 5:1 hesabı ilə qazanmışdı.

Bununla yanaşı, Azərbaycan millisi tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurmağa nail olub.







Milli komanda