29 mart 2026. Bazar günü

"Belə oyunlar Millətlər Liqası öncəsi faydalıdır"


"Belə oyunlar Millətlər Liqası öncəsi faydalıdır"

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi milli komandamızın müdafiəçisi Qismət Alıyev mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, qarşıdakı oyunun komanda üçün önəmli olduğunu bildirib.

Müdafiəçi qeyd edib ki, bu cür beynəlxalq oyunlar UEFA Millətlər Liqası öncəsi yaxşı hazırlıq imkanı yaradır.

Qismət Alıyev bildirib ki, komanda sabahkı görüşdə azarkeşləri sevindirmək üçün əlindən gələni edəcək:

“Sabah bizim üçün daha bir önəmli oyun olacaq. Belə matçlar Millətlər Liqası öncəsi çox vacibdir. Sabahkı görüşdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək”.







Milli komanda