- Milli komanda
- 21:31 30.03.2026
Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşıb. Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə hesabı açıb. Azərbaycan millisində Rahil Məmmədov 72-ci dəqiqədə bərabərlik qolunu vurub.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına müraciət olunub. Penaltilərdə daha dəqiq oynayan Azərbaycan millisi turnirin qalibi olub.
Qeyd edək ki, millimiz martın 27-də eyni stadionda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub etmişdi.