1 aprel 2026. Çərşənbə

Azərbaycan yığması üç pillə yüksəldi


Azərbaycan yığması üç pillə yüksəldi

FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahıya əsasən, Azərbaycan milli futbol komandası 3 pillə irəliləyərək 1136.67 xalla 124-cü sırada qərarlaşıb. Komanda Ayxan Abbasovun rəhbərliyi altında mövqeyini yaxşılaşdırmağı bacarıb.

Qeyd edək ki, yığmamız ötən ay keçirilən “FIFA Series – 2026” beynəlxalq turnirində uğurlu çıxış edərək qalib adını qazanıb.

Reytinq cədvəlinin zirvəsində Fransa milli futbol komandası (1877.32) qərarlaşıb. İspaniya milli futbol komandası (1876.40) ikinci, Argentina milli futbol komandası (1874.81) isə üçüncü pillədə yer alıb.







Milli komanda