- Milli komanda
- 17:21 05.05.2026
Futbol üzrə Azərbaycan milli komandası qarşıdakı beynəlxalq yoldaşlıq oyunlarına hazırlıq məqsədilə iki mərhələli təlim-məşq toplanışı keçirəcək.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz mayın 28-dən 30-dək Bakıda hazırlıq prosesinə start verəcək.
Daha sonra komanda iyunun 1-dən 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Toplanış çərçivəsində Ayxan Abbasovun rəhbərlik etdiyi yığma iki yoldaşlıq görüşü də keçirəcək. Azərbaycan millisi iyunun 5-də Malta, iyunun 9-da isə San Marino milli komandası ilə qarşılaşacaq.
Hər iki oyun Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda baş tutacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.