18 dekabr 2025. Cümə axşamı

Millimizin heyəti açıqlandı


Millimizin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Corner.az-ın məlumatına görə, məşqçilər korpusu qarşıdakı rəsmi oyunlara 23 oyunçu dəvət edib.

Komandamız oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq, U-21-lər arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

U-21-in heyəti: Kamran İbrahimov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Tural Bayramlı (hamısı "Keşlə"), Nicat Mehbaliyev, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Amin Seydiyev, Rövlan Muradov (hər ikisi "Qəbələ"), Turan Manafov ("Səbail"), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli (hamısı "Qarabağ"), Elçin Mustafayev, Şakir Seyidov, Ozan Can Kökcü (hamısı "Sabah"), Rafael Məhərrəmli ("Zirə"), Doğukan Öksüz ("Eyüpspor", Türkiyə), Hüseyin Seyliğli ("Darıca Gənclərbirliyi", Türkiyə), Fərid Nəbiyev ("Slaviya", Çexiya), Barış Ekincier ("SK Austria Klagenfurt", Avstriya).







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu