- Milli komanda
- 13:52 23.05.2026
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışı keçəcək.
Bu barədə 90deqiqe.az-a AFFA-dan məlumat verilib.
Millimiz Avstriya toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Yığma iyunun 5-də Malta, iyunun 9-da isə San Marino millisi ilə qarşılaşacaq.
Hər iki görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq. Oyunların Bakı vaxtı ilə saat 22:00-da başlaması planlaşdırılır.
Milliyə dəvət olunan futbolçular və onların klubları aşağıdakılardır:
Rza Cəfərov — “Qəbələ”
Şahrudin Məhəmmədəliyev — “Qarabağ”
Emil Balayev — “Neftçi”
Bədavi Hüseynov — “Qarabağ”
Cəlal Hüseynov — “Arda” (Bolqarıstan)
Anton Krivotsyuk — “Daejon Hana” (Cənubi Koreya)
Rahil Məmmədov — “Araz-Naxçıvan”
Elvin Bədəlov — “Neftçi”
Rəhman Daşdəmirov — “Sabah”
Qismət Alıyev — “Zirə”
Elvin Cəfərquliyev — “Qarabağ”
Rüfət Abbasov — “Şamaxı”
Tellur Mütəllimov — “Sabah”
Toral Bayramov — “Qarabağ”
Emin Mahmudov — “Neftçi”
Səbuhi Abdullazadə — “Sumqayıt”
Rəhim Sadıxov — “Turan Tovuz”
Mustafa Əhmədzadə — “Araz-Naxçıvan”
Emil Səfərov — “Neftçi”
Abdulla Xaybullayev — “Sabah”
Aleksey İsayev — “Sabah”
Rüstəm Əhmədzadə — “Sumqayıt”
Ayxan Hüseynov — “Turan Tovuz”
Vüsal İsgəndərli — “Partizani” (Albaniya)
Xəyal Əliyev — “Sabah”
Nəriman Axundzadə — “Kolambus Kryu” (ABŞ)
Mahir Emreli — “Kayzerslautern” (Almaniya)
Renat Dadaşov — “Motor” (Polşa)