- Milli komanda
- 13:54 26.05.2026
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Macarıstan və Şimali Makedoniya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.
Millinin heyətinə Aytac Şərifova, Jalə Məhsimova, Sevinc Cəfərzadə (hamısı “Yüksekovaspor”, Türkiyə), Nərgiz Əliyeva (“Giresun Sanayispor”, Türkiyə), Günay İsmayılova, Vüsalə Seyfəddinova, Aydan Həsənova, Manə Mollayeva, Ayşən Salamzadə, Xanım Əsədova (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Hamburq”, Almaniya), Milana Rəhimova (“Lyuboten”, Şimali Makedoniya), Yeliz Açar, Esra Manya (hər ikisi “Beşiktaş”, Türkiyə), Alina Nəhmədova (“Partizan”, Serbiya), Aysun Muradova (“Haymana”, Türkiyə), Kamilla Məmmədova (“Dirçəliş”), Nərgiz Hacıyeva (“Şəfa”), Diana Məmmədova, Alina Dorofeyeva (hər ikisi “Rubin”, Rusiya), Coşqunə Əliyeva (“Qaziantep Safir”, Türkiyə), Peritan Bozdağ (“Fənərbağça”, Türkiyə), Kristina Bakarandze (“Nike Lusso”, Gürcüstan) və Mehriban Şahməmmədova (klubsuz) cəlb olunublar.
Qeyd edək ki, Azərbaycan millisi mayın 30-dan iyunun 5-dək Bakıda, iyunun 6-dan 10-dək isə Şimali Makedoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız iyunun 5-də saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan, ayın 9-da isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.