1 iyun 2026. Bazar ertəsi

Azərbaycan millisi Avstriya toplanışına start verdi


Azərbaycan millisi Avstriya toplanışına start verdi

Futbol üzrə Azərbaycan milli komandası iyunun 1-dən 10-dək keçiriləcək təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.

90deqiqe.Az xəbər verir ki, toplanış Avstriyanın Bad-Valtersdorf şəhərində təşkil olunacaq. Hazırlıq prosesi çərçivəsində yığma iki beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Milli komanda iyunun 5-də Malta, iyunun 9-da isə San-Marino yığması ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən Haladás Stadion stadionunda keçiriləcək. Görüşlərin Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan millisi qarşıdakı rəsmi oyunlara hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışında heyətin və oyun modelinin təkmilləşdirilməsi istiqamətində iş aparacaq.







Milli komanda