3 iyun 2026. Çərşənbə

Azərbaycan – Macarıstan oyununun hakimləri bəlli oldu


Azərbaycan – Macarıstan oyununun hakimləri bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyuna hakim təyinatları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan qarşılaşmasını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətt hakimləri Staşa Şpur və Helena Buh kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Aleksandra Çesen yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Macarıstan görüşü iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.







Milli komanda