21 iyul 2026. Çərşənbə axşamı

Millimiz Malta ilə yoldaşlıq oyununu uduzub


Millimiz Malta ilə yoldaşlıq oyununu uduzub

Futbol üzrə Azərbaycan milli komandası Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Malta millisi ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində növbəti oyununu iyunun 9-da San Marino yığmasına qarşı keçirəcək.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi