6 iyun 2026. Şənbə

Azərbaycan millisinin heyətində dəyişiklik edilib


Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev yığmanın heyətindən çıxarılıblar.

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində keçirdiyi son yoldaşlıq görüşündə Malta yığmasına 0:2 hesabı ilə məğlub olub.

Yığma hazırlıq prosesi çərçivəsində növbəti oyununu iyunun 9-da San Marino millisinə qarşı keçirəcək.







Milli komanda