- Milli komanda
- 22:47 06.06.2026
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
90deqiqe.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu yığma Bəhreynin U-21 komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, yığmamız hazırlıq prosesi çərçivəsində növbəti uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, U-21 millimiz Türkiyə toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünü iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçirəcək.