9 iyun 2026. Çərşənbə axşamı

Xəyal Əliyev millinin düşərgəsindən ayrıldı


Xəyal Əliyev millinin düşərgəsindən ayrıldı

Azərbaycan milli komandasının futbolçusu Xəyal Əliyev yığmanın düşərgəsini tərk edib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, yarımmüdafiəçi aldığı zədə səbəbindən müalicəsini davam etdirmək üçün İspaniyanın paytaxtı Madridə yollanıb.

Bildirilir ki, "Sabah"ın üzvü Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta millisinə qarşı keçirilən yoldaşlıq oyununda zədələnib. Tibbi müayinələrdən sonra futbolçunun bərpa prosesini xaricdə davam etdirməsi məqsədəuyğun hesab olunub.

Qeyd edək ki, Azərbaycan və Malta yığmaları arasında baş tutan yoldaşlıq görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xəyal Əliyevin milli komandaya nə vaxt qayıdacağı isə müalicə və bərpa prosesinin gedişindən asılı olacaq.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi