5 dekabr 2025. Cümə

Milan Obradoviç: İlk üç qolu rəqibə hədiyyə etdik


Milan Obradoviç: İlk üç qolu rəqibə hədiyyə etdik
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Corner.az xəbər verir ki, o, 0:5 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
 
“Hər kəs necə bir komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da bildirdim ki, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Onlar hər şeydə bizdən çox irəlidədilər. Amma hətta belə rəqiblərlə görüşlərdə belə oynaya, öz səviyyəmizi göstərə, futbol sərgiləyə bilərik. Artıq bu oyun geridə qaldı. Hazırda bizə yaxşı istirahət etmək və qarşıdakı İsveçrə ilə oyuna hazırlaşmaq, enerji toplamaq lazımdı. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu