5 dekabr 2025. Cümə

"Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik"


"Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik"

"Seçmə mərhələdə bizim üçün yaxşı başlanğıc oldu. İlk oyunda qələbə qazanmaq xoşdur".

Corner.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripol Avro-2021-nin seçmə mərhələsində millimizə qalib gəldikləri oyundan sonra deyib.

O, Fransa Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 5:0 hesablı qələbəyə baxmayaraq, komandasının daha çox qol vurmalı olduğunu bildirib: "Topa sahib olan, oyuna nəzarət edən biz idik.  Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı. Xüsusən də, ikinci hissədə effektli oynaya bilmədik. Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi futbolçularımızın potensialı böyükdür. Ancaq hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu