- Milli komanda
- 12:55 17.07.2026
Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, yığmamız sentyabrın 23-də Tacikistan millisi ilə üz-üzə gələcək. Qarşılaşma "Palms Sports Arena"da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək. Yığmamız oktyabrın 1-də Lixtenşteyni qəbul edəcək, oktyabrın 4-də isə yenidən Litva ilə, bu dəfə doğma meydanda qarşılaşacaq.