- Milli komanda
- 21:41 19.07.2026
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) B Liqasında tarixi uğura imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız final görüşündə Latviya millisini 4:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Azərbaycan millisinin heyətində Elşad Manafov dublla yadda qalıb. Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə bir dəfə fərqlənərək komandamızın inamlı qələbəsində pay sahibi olublar.
Bu nəticə ilə millimiz EBSL-in B Liqasını çempion kimi başa vurub və növbəti mövsümdən Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında çıxış etmək hüququ qazanıb.
Azərbaycan yığmasının uğuru fərdi mükafatlarla da müşayiət olunub. Elçin Qasımov turnirin ən yaxşı qapıçısı seçilib, Sahib Məmmədov isə yarışın ən yaxşı oyunçusu adına layiq görülüb.
