13 may 2026. Çərşənbə

Elə bil yasa gediblər - Millimizin geyimi tənqid olundu


Elə bil yasa gediblər - Millimizin geyimi tənqid olundu

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

Corner.az xəbər verir ki, futbolçuların yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.

Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil yasa gediblər" - deyə onlar bildiriblər.

Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla "Avro-2020"nin səfər matçından əvvəl geyiniblər.(qol)







Milli komanda