5 dekabr 2025. Cümə

Almeydanın son durumu bəlli oldu


Almeydanın son durumu bəlli oldu

Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.

Bu barədə  30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Almeyda bildirib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.

“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib.

Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdiyi oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu