21 mart 2026. Şənbə

Millimiz San Marinonu məğlub etdi


Millimiz San Marinonu məğlub etdi

Bu gün 19 yaşadək futbolçulardan  ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb. 

Corner.az xəbər verir ki, komandamız San Marino ilə üz-üzə gəlib.Qrupdan çıxmaq şansını itirən hər iki komandanın oyununda millimiz iki qolla qalib gəlib.

Qeyd edək ki, yığmamız ilk iki oyunda Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olmuşdular.

5 oktyabr

San Marino - Azərbaycan 0:2
Qol:
 Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.







Milli komanda