- Milli komanda
- 15:03 24.08.2026
Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında baş məşqçi təyinatları həyata keçirilib.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, U-15 millisinə Aleksandr Qross, U-16 yığmasına Famil Xəlilov rəhbərlik edəcək.
U-17 millisinin baş məşqçisi Emin Mustafayev, U-18 yığmasının çalışdırıcısı Mahmud Qurbanov, U-19 milli komandasının baş məşqçisi isə Elgiz Kərəmli olacaq.
Yeni təyinatlarla Azərbaycan milli komandalarının aşağı yaş qrupları üzrə məşqçi heyəti müəyyənləşib.